Mahsun qızı barədə verilən suala görə özünü itirərək başqasının maşınına mindi
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin məşhur musiqiçisi Mahsun Kırmızıgül qızı Lavi ilə birlikdə
xəstəxanada görüntülənib.
Bununla bağlı jurnalistlərə açıqlama verən ifaçı övladı xəstələndiyi üçün tibb
müəssisəsinə getdiklərini bildirib. Lavinin səhhəti ilə bağlı danışanda isə
ciddi problem olmadığını vurğulayıb.
Bununla belə, Mahsun Kırmızıgülün fikirli olması gözlərdən yayınmayıb. Belə
ki, ifaçı jurnalistlərdən ayrıldıqdan sonra öz avtomobili əvəzinə başqasının
maşınına minib. Lakin sonra səhv etdiyini anlayaraq düşüb.
O da vurğulanıb ki, Lavinin anası və Kırmızıgülün keçmiş arvadı Ece Bina
xəstəxanadan onlardan sonra çıxıb və öz avtomobili ilə oradan uzaqlaşıb.
Mənbə: Haber Global