85f6ae74-7603-4859-854f-75d9ae764f4f..jpg

“Makarov” tapançası gəzdirən şəxs yeni ilin ilk günü saxlanılıb – VİDEO

Baxış sayı: 346 dəfə baxılıb.

“Makarov” tapançası gəzdirən şəxs yeni ilin ilk günü saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu
ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam
etdirilir.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat
məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il
təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu
silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, altı ədəd patron və patron
darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə
könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança
üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar
davam etdirilir.

“Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar
könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz
saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin
törədilməsində alətə çevrilə bilər”, – deyə məlumatda vurğulanır.


Source link