Makqreqor sərbəst buraxıldı – VİDEO – YENİLƏNİB

Makqreqor sərbəst buraxıldı – VİDEO – YENİLƏNİB

Baxış sayı: 2. 828 dəfə baxılıb.

İki gün əvvəl Nyu-Yorkda UFC döyüşçülərinə aid avtobusa hücum etmiş irlandiyalı qarışıq döyüş növləri idman ustası Konor Makqreqor sərbəst buraxılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MMM Fighting” jurnalisti Ariyel Helvani öz “Twitter” səhifəsində məlumat paylaşıb.

Nyu-York məhkəməsi xuliqanlıq və fiziki xəsarət yetirmədə ittiham olunan irlandiyalı qaydasız döyüşçünün 50 min dollar girov müqabilində şərti azad edilməsinə dair qərar çıxarıb.

Məbləğ dərhal ödənilib və Makqreqor cangüdəninin müşayiəti ilə məhkəmə zalını tərk edib.  Növbəti məhkəmə iclası iyunun 14-ə təyin olunub.

Makqreqor bir gün əvvəl axtarışa verildikdən sonra Nyu York polisinə könüllü təslim olub.  Onun “Barclays” mərkəzində UFC döyüşçülərinin olduğu avtobusa hücumu nəticəsində Maykl Kyeza və Rey Borq bədən xəsarətləri alıb və buna görə təyin olunmuş döyüşləri təxirə salınıb.

19:59

İrlandiyalı UFC  döyüşçüsü Konor Makqreqor Nyu-York polis idarəsindən qandallanmış vəziyyətdə çıxarılaraq müvəqqəti təcrid etmə müəssisəsinə aparılıb.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisənin görüntüsü “Twitter”də yayılıb.

Bir gün əvvəl UFC  döyüşçülərini daşıyan avtobusa hücum etmiş idmançıya hücum və xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

“Barclay” mərkəzində baş vermiş insident nəticəsində avtobusa ziyan dəymiş və bir idmançı xəsarət almışdı.  Yaxın zamanda Bruklin Cinayət məhkəməsində onun işinə dair hazırlıq iclası keçiriləcək.

.
www.ÇıxışYolu.Com