Makqreqor Moskvada UFC-yə qayıdacağı günü və məkanı açıqladı

Baxış sayı: 1. 765 dəfə baxılıb.

Makqreqor Moskvada UFC-yə qayıdacağı günü və məkanı açıqladı

İrlandiyalı MMA idmançısının UFC-də növbəti görüşünün nə vaxt olacağına aydınlıq gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, Makqreqorun növbəti görüşü yanvarın 18-də ABŞ-ın Las Veqas şəhərində olacaq.

O bu gün Rusiyanın paytaxtı Moskvada keçirdiyi mətbuat konfransında bunu açıqlayıb. Lakin tanınmış döyüşçü rəqibinin kim olduğunu bilsə də, adını açıqlamayıb:

“Artıq rəqibimi bilirəm. Ancaq onun haqqında danışmayacağam. Çünki UFC yenə onu dəyişəcək”.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra döyüş keçirməyən Konor Makqreqor Moskvaya bukmeker kontorlarının dəvətiylə gəlib. Onu azarkeş və jurnalistli birlikdə 200-ə yaxın insan gözləyib.

İdmançı isə 10:30-a təyin olunmuş mətbuat konfransına iki saat gec gəlib.

Səbuhi Musayev