Makron: Ərdoğanın Türkiyəsi Atatürkün Türkiyəsi deyil

Baxış sayı: 3. 043 dəfə baxılıb.

Makron: Ərdoğanın Türkiyəsi Atatürkün Türkiyəsi deyil

Rəsmi Paris Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq qurmalıdır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron fransalı səfirlərlə görüşü zamanı deyib.

“Bizə Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır ki, onların Avropa ilə əməkdaşlığını təmin edək”, – Makron deyib.

Türkiyədən danışan pezident qeyd edib ki, strateji tərəfdaşlıq Ankaranın Avropa İttifaqına qoşulması anlamına gəlmir.

Makron Rusiya və Türkiyə ilə “yeni növ münasibətlərin” qurulmasına çağırıb. O bildirib ki, bunlarla yanaşı, bu ölkələrdə baş verənləri də nəzərə almaq lazımdır.

“Ərdoğanın prezidentliyi zamanında olan Türkiyə Atatürkün vaxtlarında olan Türkiyə deyil”, – Fransa prezidenti qeyd edib.

www.ÇıxışYolu.Com