e5cdb3dd-7438-4776-8bb5-3d0d4b90d33a..jpg

Makron Britaniyanın İrana qarşı sanksiyasına dəstək verdi – FOTO

Baxış sayı: 964 dəfə baxılıb.

Makron Britaniyanın İrana qarşı sanksiyasına dəstək verdi – FOTO

Fransa Prezidenti Emmanuel Makron İranın müdafiə nazirinin sabiq müavini
Əlirza Əkbərinin edam edilməsinə qarşı Böyük Britaniyanın tətbiq etdiyi
sanksiyaya dəstək verib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, E. Makron bu barədə “Tvitter”
hesabında yazıb:

“Əlirza Əkbərinin edam edilməsi insanlığa sığmayan və qəddar addımdır. Onun
adı İranda repressiya və edam qurbanlarının uzun siyahısına əlavə edilib. İran
xalqı ilə həmrəy olmaq üçün Britaniyanın yanındayıq”.

Xatırladaq ki, İranda məhkəmə 1997-2005-ci illərdə ölkənin müdafiə naziri Əli
Şəmxaninin keçmiş müavini Ə. Əkbəri barəsində ölüm hökmü çıxarıb. O, Böyük
Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq edam edilib.

The execution of Alireza Akbari is a despicable and barbaric act. His name
adds to too long a list of victims of repression and the death penalty in Iran.
Solidarity with the UK. Solidarity with the Iranian people.
— Emmanuel Macron (@EmmanuelMacron) January 14, 2023

Source link