Makron geriya addım atdı: Parisdə Zəfər Tağının altındkı Aİ bayrağı çıxarıldı
– FOTO
Parisdə sağçı siyasətçilərin tənqidindən sonra Zəfər tağının altına asılmış
Avropa İttigaqının bayrağı yığışdırılıb.
Başda Mari Le Pen olmaqla, sağçılar bunu “vətənpərvərlərin qələbəsi”
adlandırıblar.
Xatırladaq ki, ölkə prezidenti Emmanuel Makronun qərarı ilə Fransanın Aİ-də
sədrliyi müddətinin başlanması münasibətilə yanvarın 1-də Zəfər tağının
altındakı Fransa bayrağı Aİ bayrağı ilə əvəzlənib.
Bir sıra siyasətçilər bunu tağın altındakı naməlum əsgərin qəbrini təhqir
etmək kimi qiymətləndiriblər.
İctimaiyyətin təzyiqi nəticəsində Makron geri addım atmağa məcbur olub.
Hərçənd, Aİ bayrağı yığışdırılsa da, Fransa bayrağı hələ ki, əvvəlki yerinə
qaytarılmayıb.
Une belle victoire patriotique à l’aube de 2022 !
Le gouvernement a été obligé de retirer le drapeau de l’Union européenne de
l’Arc de Triomphe.
Merci à la mobilisation massive de tous les amoureux de la France et de la
République pour faire reculer Emmanuel Macron.https://t.co/BNNJ0BJMhG
— Marine Le Pen (@MLP_officiel) January 2, 2022