0ba57cac-ba98-4180-b499-da74124d17ee.jpg

Makron İsrailin Livanda BMT sülhməramlılarına hücumunu pisləyib

Baxış sayı: 234 dəfə baxılıb.

Fransa Prezidenti Emmanuel Makron İsrailin Birləşmiş Millətlər Təşkilatının
(BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mövqelərinə hücumunu tamamilə
qəbuledilməz adlandırıb və əlavə edib ki, Fransa sülhməramlı qüvvələrə qarşı
növbəti hücumları qəbul etməyəcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, İsrail ordusunun Naqura şəhərindəki mövqelərini yenidən atəşə
tutması nəticəsində iki sülhməramlı yaralanıb.

“UNIFIL qüvvələrinin İsrail qüvvələri tərəfindən qəsdən hədəfə alınması
qəbuledilməzdir. Biz bunu qınayırıq, bunu qəbul etmirik və bunun bir daha
təkrarlanmasına dözməyəcəyik”, – o, Kiprdə Aralıq dənizi Avropa İttifaqına üzv
dövlətlərin (MED9) iclasında deyib.

Prezident xatırladıb ki, UNIFIL sıralarında 700 fransız əsgəri xidmət edir.
Səhər saatlarında Fransa Xarici İşlər Nazirliyi Livandakı BMT
sülhməramlılarının mövqelərinə yeni hücumlardan sonra İsrail səfirini izahat
üçün çağırdığını açıqlamışdı.

Oktyabrın 10-da BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrail ordusunun onun
əsas qərargahını və qalalarını atəşə tutduğunu bildirib.

Source link