Fransa prezidenti Emmanuel Makronun may ayında Rusiyaya səfərinin hazırlıq işləri davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu martın 29-da Fransanın Avropa məsələləri və xarici işlər naziri Jan-İv Le Drian bildirib.
Sergey Skripalla bağlı insident barədə suallara cavab verən nazir “Noviçok” adlı qazı yalnız Rusiyanın istehsal edə bildiyini deyib.
“Buna görə də hadisənin daha dəqiq izahı ola bilməz.
Fransa məhz belə bəyanatla çıxış edir, lakin Moskva buna reaksiya vermir.
Bu səbəbdən Aİ-nin ötən həftə keçirilən sammitində əks tədbirlər qəbul olunub.
Məhz buna görə Fransa prezidenti Emmanuel Makron rusiyalı diplomatların ölkədən çıxarılmasına dair qərar verib”, – deyə Le Drian bildirib.
“Biz Moskva ilə açıq dialoq aparmaq və onlardan beynəlxalq hüquq normalarına riayət olunmasını istəyirik”, – deyə nazir əlavə edib.