Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

Baxış sayı: 2. 845 dəfə baxılıb.

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, – deyə o əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”, – deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com