Makron Zelenski ilə danışdıqdan sonra Kiyevə səfərlə bağlı qərar verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.
Bu barədə Yelisey sarayından məlumat verilib.
Məlumata görə, bu qərar Makronla Ukrayna Prezidenti Volodimir Zelenski
arasında telefon danışığından sonra elan edilib.
Söhbət zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən
kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində
əməkdaşlığın gücləndirilməsində qərarlı olduqlarını təsdiqləyiblər.
Mənbə: TASS