cc7ff5e6-b39d-4148-bf87-f10a56172e28..jpg

Makrona son zərbə: Yeni Kaledoniya Fransaya qarşı üsyan edir – FOTO

Baxış sayı: 560 dəfə baxılıb.

Makrona son zərbə: Yeni Kaledoniya Fransaya qarşı üsyan edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın news.ru portalı hazırda Yeni Koledoniyada baş verənləri Fransa
prezidenti Makronun nüfuzuna vurulmuş son zərbə kimi qiymətləndirib.

Mövzu ilə bağlı geniş material

təqdim edən resurs ekspertlərin rəyi ilə maraqlanıb.

Sankt-Peterburqdakı Uzaq Şərq ölkələrinin öyrənilməsi mərkəzinin rəhbəri
Kirill Kotkov news.ru-ya bildirib ki, adanın avtoxton əhalisi – kanaklar –
əhalinin 40%-dən azını təşkil edir və onlar daim müstəqillik haqqında
düşünürlər:

“Müstəqillik hərəkatı 20-ci əsrin ikinci yarısından bəri mövcuddur. İndiki
iğtişaşların eynisi hələ 80-90-cı illərdə baş verib”.

Onun sözlərinə görə, yerli ada sakinləri muxtariyyət statusundan razı deyillər:

“Adanın qalan sakinləri etnik fransızlardır ki, onlar da hakimiyyət kimi əksər
hallarda koloniyanı Beşinci Respublikanın tərkibində saxlamaq istəyirlər”.

“Yeni Kaledoniya təbii ehtiyatlarla zəngindir. Burada ən böyük nikel yatağı da
var. Bundan əlavə, ada strateji mövqeyə malikdir: Solomon adaları ilə Yeni
Zelandiya arasında, Mərcan dənizinin şərq hissəsində. Bütün bunlar Paris üçün
çox vacibdir”, – deyə Kotkov izah edib.

Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi
Komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Yeni Kaledoniya Rusiya
Federasiyasının sərhədlərindən uzaqda yerləşir, lakin Rusiya parlamenti bu
adalardakı vəziyyəti diqqətlə izləyir.

Onun fikrincə, Fransa rəhbərliyinin kanaklar üçün bütün “narahatlığı” adalarda
nikel hasilatı ehtiyacı ilə bağlıdır.

“Fransa üçün Yeni Kaledoniya itirmək istəmədiyi mühüm bir müstəmləkədir. Eyni
zamanda, adada hər dördüncü insan yoxsulluq həddinin altında yaşayır. Qeyd edək
ki, ada özünü Fransa hərbi bazalarının yerləşdiyi Sakit okean dövləti hesab
edir. Bu gün Hind-Sakit Okean regionu qlobal iqtisadi inkişafın mərkəzinə
çevrilir. Ona görə də Fransanın Yeni Kaledoniyanı saxlaması vacibdir. Onu
itirmək bir siyasətçi kimi Makron üçün, ümumilikdə isə müstəmləkəçi dövlət kimi
bütün Fransa üçün son zərbə olacaq”, – deyə Həsənov news.ru-ya bildirib.

Deputat qeyd edib ki, Makron və komandası yerli əhalinin maraqlarını nəzərə
almır və onların onsuz da “məhdud hüquqlarını” pozan qanun layihələri qəbul
edir.

“Qoşunların yerləşdirilməsi kimi absurd və təhlükəli qərarların qəbul edilməsi
təəccüblü deyil”, – deyə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin
sədri Qriqori Karasin news.ru-ya bildirib.

Onun sözlərinə görə, belə bir qərar təkcə Yeni Kaledoniya regionunda deyil,
bütün dünyada gərginliyin artmasına gətirib çıxarır.

“Bu, ümumi vəziyyətin pisləşməsi və bir vaxtlar Fransa kimi nüfuzlu ölkələrə
inamsızlığın artmasıdır. Biz hadisələri izləyəcəyik. Amma arzu olunandır ki,
Yeni Kaledoniyaya qoşun yeridilməsi beynəlxalq ictimaiyyətdən müvafiq qiymət
alsın. Əminəm ki, bu, BMT də daxil olmaqla, bundan sonra baş verəcək”, – deyə
Karasin proqnozlaşdırıb.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov news.ru-ya bildirib ki,
bu adalar müstəmləkəsizləşdirilməli olan ərazilər siyahısındadırlar, lakin
Fransa adanın sərfəli mövqeyini nəzərə alaraq, orada müstəqillik elan etmək
istəmir.

Onun sözlərinə görə, Paris bu ərazilərin etnik tərkibinin yerli əhalinin
xeyrinə dəyişməməsi üçün hər şeyi edir. O qeyd edib ki, Bakının etirazçılara
hansısa formada dəstək verməsi ilə bağlı faktlar yoxdur.

“Fransa Senatı, prinsipcə mövcud olmayan qondarma “Artsaxın” müstəqilliyini
tanımağa çağırıb, lakin BMT Baş Assambleyasının qəbul etdiyi dekolonizasiya
siyahılarında olan müstəmləkə ərazisinə müstəqillik verilməsini mümkünsüz
sayır. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində mənəvi və siyasi dəstək
verir. Bu assosiasiya çox güclü anti-müstəmləkəçilik oriyentasiyasına
malikdir”, – deyə deputat xatırladıb.

“Azərbaycanın sədrliyi dövründə Yeni Kaledoniya sakinləri kömək üçün Bakıya üz
tutdular və biz bu əhaliyə dəstək olmağa çalışdıq. Azərbaycanın etirazçıları
maliyyələşdirməsi və ya silahla təmin etməsi ilə bağlı heç bir fakt yoxdur,
liderləri Bakıdan xəbərsiz Qarabağa səfər edən Fransa hökumətindən fərqli
olaraq”, – deyə Musabekov yekunlaşdırıb.

Source link