a480574f-15c7-4125-a096-9a18cc4b1e80.png

Makronun adamları Bakıda istintaqa cəlb olunublar – ŞOK DETALLAR

Baxış sayı: 321 dəfə baxılıb.

Britaniya araşdırmaçı mətbu orqanı olan “flaremagazine.co.uk

” “E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı
yayımlayıb. Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya
prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb
edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Cixisyolu.com məqalənin mətnini Azərbaycan dilində olduğu kimi təqdim edir:

“26.09.24

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi
məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi
dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla
səsləndirilib.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən
bahalılarından olan “Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad
edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə
bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla
ilə danışıqlar aparıb və A.Benalla 6 140 000 ABŞ dolları məbləğində ilkin
rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz
öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın
“BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”ın Fransa filialında açılmış bank
hesabına və A.Benallanın adamı, onun kimi mərakeşəsilli Fransa vətəndaşı olan
Anass Derrazın “AL HİLAL BANK”da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən
tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının
diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi
başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində
olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın
törətdiyi cinayətdə iştirakı olan, “xüsusi xidmətləri”nə görə sonradan
Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən
beynəlxalq şirkəti – “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş
A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı
növündə qətimkan tədbiri seçib.

Fotoda Anass Derraz

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də,
səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə
acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına
cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu
daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə
görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması
mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi
diqqətlə izləyirik”.

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur
Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa
Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

Source link