dad40673-900e-4f36-aff1-1a982bc52aa3.webp

Makronun reytinqi rekord həddə aşağı düşüb

Baxış sayı: 232 dəfə baxılıb.

Fransızlar arasında ölkə prezidenti Emmanuel Makronun fəaliyyətindən narazılıq
səviyyəsi rekord həddə çatıb.

Cixisyolu.com xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (İfop) “Le Journal
du Dimanche” qəzetində dərc etdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 78%-i E.Makronun prezident kimi fəaliyyətini
bəyənmir, 22%-i isə dövlət başçısının işindən razıdır.

Nəşrin qeyd etdiyi kimi, E.Makron heç vaxt fransızlar arasında belə
qeyri-populyar olmayıb.

“Ifop” rəhbəri Frederik Dabinin sözlərinə görə, E.Makronun reytinqinin aşağı
düşmə sürəti təəccüblüdür. O qeyd edib ki, prezidentin populyarlığı may ayından
bəri 9 faiz azalıb.

Fransanın baş naziri Mişel Barnyeyə gəlincə, onun da reytinqi aşağı düşür.
Tədqiqat iştirakçılarının 60%-i hökumət başçısının fəaliyyətini bəyənmir,
sorğuda iştirak edənlərin 40%-i isə onun işindən razıdır.

Sorğu 2024-cü il oktyabrın 9-dan oktyabrın 17-dək aparılıb. Burada yaşı 18-dən
yuxarı olan 2 mindən çox respondent iştirak edib.

Nəşrin qeyd etdiyi kimi, indiyədək ən aşağı reytinq ölkəyə 2012-2017-ci
illərdə rəhbərlik etmiş Fransua Ollandda olub. 2014-cü ilin payızında “Ifop”
sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 13%-i onun dövlət başçısı
kimi fəaliyyətini bəyənib.

Source link