Maks Ferstappen Bakı yarışında öz çıxışından razı qalmayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu
Maks Ferstappen 2023 mövsümündə öz çıxışı barədə fikirlərini bölüşüb.
Sürücü ən yaxşı və uğursuz hesab etdiyi Qran-prilərdən danışıb.
Təcrübəli idmançı Spa-Frankorşamda keçirilmiş Belçika Qran-prisində çox güclü
həftəsonu keçirdiyini söyləyib. O, Yaponiyada da yaxşı çıxış etdiyini bildirib:
“Ən pis mərhələ isə Bakıda idi. Hadisələrin axarı mənim üçün uğurlu deyildi.
Bundan razı qalmadım”.
Qeyd edək ki, 2023 mövsümündə çempion olan Ferstappen 22 mərhələnin 19-da
qalib gəlib. Aprelin 30-da baş tutan Azərbaycan Qran-prisində onun komanda
yoldaşı Serxio Peres birinci yeri tutub. Ferstappen ikinci olub, “Ferrari”dən
Şarl Lekler isə üçüncü yerlə kifayətlənib.
Mənbə: “Motorsport” nəşri