Malayziya kralının keçmiş həyat yoldaşı təhdidlərə görə polisə müraciət etdi

Malayziya kralının keçmiş həyat yoldaşı təhdidlərə görə polisə müraciət etdi

Baxış sayı: 1. 845 dəfə baxılıb.

Malayziya kralının keçmiş həyat yoldaşı təhdidlərə görə polisə müraciət etdi

Tass”ın yaydığı məlumata görə, Malayziya kralının keçmiş həyat yoldaşı Oksana Voevodina təhdid aldığı üçün hüquq mühafizə orqanlarına müraciət edib.

15 oktyabrda Oksananın atasının telefonuna görüş tələbli mesaj gəlib. 

“Söhbət əsnasında qadın dəfələrlə “Oksana nə etdiyini düşünməlidir… O iddianaməni məhkəmədən geri götürməlidir. Uşağının həyatı onun hərəkətlərindən asılıdır. İndi onun gizli düşmənləri çoxdur” – deyə, Oksanın sözlərini çatdırıb.

Oksana Malayziyadan Rusiyaya getdikdə artıq hamilə idi. Burada o, oğlu Leonu dünyaya gətirdi. Keçmiş Kral V Muhammad  oğluna sahib çıxmaqdan imtina edib. 

“Daily Mail”in yazdığına görə, uşaq krala bənzəmədiyi üçün Muhammed bu cür addım atıb. Voevodina, öz növbəsində, məhkəmələr vasitəsi ilə qarşı tərəfdən aliment tələb etməyə başlayıb. O, ayda 24 min funt sterlinq, üstəlik Moskvada və Londonda mənzil istəyib.

Qeyd edək ki, cütlüyün boşanması ilə bağlı məlumatlar iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb. İlkin məlumatlara görə, kral xəyanət səbəbindən Voevodinadan boşanıb. Ancaq “Miss Moskva” boşanma səbəbini açıqlamaqdan imtina edib. 

Bundan sonra V Məhəmmədin vəkili Ko Tien Xua bildirib ki, Voevodinanın övladının bioloji atasının kral olduğu ilə bağlı heç bir obyektiv səbəb yoxdur. Öz növbəsində vəkil Dmitri Mordvinsev deyib ki, Malayziya qanunlarına və şəriətə görə V Məhəmmədin Voevodinadan oğlunu götürməyə haqqı var.

Rəşad Əliyev