Malaziya siyasətinin önəmli şəxslərindən olan 92 yaşlı Mahathir Məhəmməd 15 illik fasilədən sonra müxalifət koalisiyasının rəhbəri kimi seçkilərə qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, baş nazir olmaq üçün qatıldığı seçkilərdə zəfər qazanıb.
1981-2003-cü illərdə baş nazir olan və öz istəyilə vəzifəsindən ayrılan Mahathir Məhəmməd seçki ilə iqtidara gələn ən yaşlı lider olub.
“Dəmir yumruq” adlandırılan liderin demokratiya və insan haqlarına önəm vermədiyi iddia edilir. Onun avtoritar rejim yaratmasından ehtiyatlanırlar.