Malidə fransalı hərbçilərə hücum olunub: 6 ölü

Baxış sayı: 2. 143 dəfə baxılıb.

Malidə fransalı hərbçilərə hücum olunub: 6 ölü

Malinin şimalında Fransa hərbçilərinə hücum olunub.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, naməlum şəxslər fransalı hərbçilərin olduğu zirehli avtomobil yoldan keçərkən onun yaxınlığında partlayış törədilib.

Partlayışdan sonra hərbçilər və silahlılar arasında atışma başlayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 fransalı hərbçi həlak olub, 2 dinc sakin ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

www.ÇıxışYolu.Com