d7782ed3-576c-4f98-81d8-1cf42a2c8016..jpg

Malidə Prezident Aparatının rəhbəri öldürüldü

Baxış sayı: 793 dəfə baxılıb.

Malidə Prezident Aparatının rəhbəri öldürüldü

Malinin cənub-qərbində ölkənin müvəqqəti prezidentinin aparat rəhbəri
öldürülüb. Bu barədə cümə axşamı Mali dövləti başçısının administrasiyasına
istinadən məlumat yayılıb.

Məlumata görə, prezident aparatının rəhbəri Umar Traorenin də daxil olduğu
nümayəndə heyəti aprelin 18-də Nara şəhəri yaxınlığında pusquya düşüb. Onunla
birlikdə daha 3 nəfər həlak olub.

Qeyd edək ki, Nara Mavritaniya ilə sərhəd yaxınlığında yerləşir. Hələlik
hakimiyyət hücuma görə məsuliyyət daşıyanların adını açıqlamayıb.

Mənbə: TASS

Source link