0e1db80f-5bb9-435f-a5c1-7de7a7ab9642..jpg

Maliyyə Nazirliyi 59 vəzifəli şəxsi CƏRİMƏLƏDİ

Baxış sayı: 375 dəfə baxılıb.

Maliyyə Nazirliyi 59 vəzifəli şəxsi CƏRİMƏLƏDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti inzibati
xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat cərimə
tətbiq edib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət
tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən bir nəzarət tədbiri
istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində
müvafiq protokollar tərtib edilib.

Xidmət hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş
nöqsanların aradan qaldırılması, belə nöqsanlara digər təşkilatlarda yol
verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində
təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər
görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və
müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərib, müvafiq
tövsiyələr verib.

Source link