554b3859-7948-4754-b5ff-51c02ea1bd53.jpg

Maliyyə Nazirliyindən əhalinin gəlirləri və xərcləri ilə bağlı dördillik proqnoz

Baxış sayı: 215 dəfə baxılıb.

2025-ci ildə Azərbaycanda əhalinin gəlirlərinin 90.1 milyard manat,
xərclərinin isə 86.5 milyard manat olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı
“2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.

Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97.1 milyard manat, xərcləri
93.4 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 104.5 milyard manat,
xərcləri 100.4 milyard manat, 2028-ci ildə isə əhalinin gəlirləri 112.5 milyard
manat, xərcləri isə 107.9 milyard manat proqnozlaşdırılır.

Source link