Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
vəzifəsindən ayrılıb.
APA-nın əldə etdiyi məlumata görə, sözügedən şöbənin müdiri Vüqar Məcidli
işdən çıxıb.
Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni
təyinat olmayıb.
Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi
şöbəsinin müdiri vəzifəsində çalışıb.