f5b4b702-ce40-4b6d-8d26-f4be087c2cb0.jpg

“Malmö”nün baş məşqçisi: “Qarabağ”ın oyununu yaxşı analiz etmişik”

Baxış sayı: 38 dəfə baxılıb.

“Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq”.

Cixisyolu.com xəbər verir ki, bunu İsveçin “Malmö” klubunun baş məşqçisi Henrik
Ryudström “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa
mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

“Qarabağ”ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah
Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda
rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma
bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə
ardınca gəlmişik”- deyə H. Ryudström bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq
Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Anar Həsənov

Source link