cdced05c-1a76-4dc0-9390-66ee2d24668e.jpg

“Malmö”nün baş məşqçisi: “Qarabağ”la görüşün çətin olacağını bilirdik”

Baxış sayı: 305 dəfə baxılıb.

“Birinci hissədən sonra qapıçını dəyişmək məcburiyyətində qaldıq”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri İsveçin “Malmö” komandasının baş məşqçisi
Henrik Ridström UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1
hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra təşkil olunan mətbuat
konfransında deyib.

“Ümumilikdə komandamın oyunundan razıyam. “Qarabağ”la görüşün çətin olacağını
bilirdim və belə də oldu. Bu dəfə həqiqətən yaxşı müdafiə olunduq. Topla
soyuqqanlı hərəkət etdik. “Qarabağ” bizi çox sıxışdırdı. Amma nəticədə
istənilən hesabı əldə edə bildik. Birinci hissədən sonra zədə üzündən qapıçını
dəyişmək məcburiyyətində qalsaq da, buradan istədiyimiz nəticə ilə ayrılırıq”.

Anar Həsənov

Source link