772c97a4-4d47-46cd-a3b8-d47d10ea17a7..jpg

Manaf Ağayev: “Kişiliyimə əl uzadanın gözünü çıxardaram”

Baxış sayı: 525 dəfə baxılıb.

Manaf Ağayev: “Kişiliyimə əl uzadanın gözünü çıxardaram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir Allah şahiddir ki, bəlkə də yer üzündə mənim kimi kövrək, ürəyi təmiz
ikinci adam ola bilməz. Bunu mən deyirəm və altından da xətt çəkirəm. Amma
kişiliyimə, şəxsiyyətimə əl uzadanın basıb gözünü çıxardaram”.

Ölkə.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev televiziya efirlərinin
birində aparıcı ilə arasında yaşanan qalmaqala münasibət bildirərkən deyib.

“Sən mənimlə oturmusan, məni tanıyırsan və buna uyğun sual verməlisən. Canlı
efirdir, sən aidiyyəti olmayan bir sual verirsən. Dostlarım, bacılarım, ailəm,
qohumlarım baxır. Hamı Manafı başqa cür tanıyır. Sən mənə ləkə yaxırsan, xələl
gətirirsən. Yerində cavabını verməliyəm, düşənməməliyəm nə baş verər, hansı
nəticə ilə bitər. O sonranın işidir. Onlar da bilir, əsəbiyəm, qıcıqlanaram,
vura bilərəm. Amma haqqına”, – deyə sənətçi bildirib.

Manaf Ağayev bununla yanaşı, səhvini etiraf edən xüsusiyyətinin olduğunu
söyləyib:

“Elə bir xasiyyətim var ki, özümdən qat-qat aşağı, səviyyəsiz insandan üzr
istəyərəm ki, səhv etmişəm. Mən belə bir insanam, səhvimi boynuma alan adamam.
Həmişə kasıbın, imkansızın, zəifin yanında olmuşam”.

Source link