b857f108-567c-471f-83ab-5d750a078b74.jpg

Manaf Ağayev: “Tək arzum dünyadan həyat yoldaşımla birlikdə köçməkdir”

Baxış sayı: 37 dəfə baxılıb.

“Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var, o da həyat
yoldaşımla bu dünyadan birlikdə köçək. O da Allahın bilən məsləhətdir”.

Müğənni Manaf Ağayev bu sözləri ATV kanalında yayımlanan “7 tamam” verilişində
deyib.

İfaçı həyat yoldaşından danışıb:

“Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma bizim aramızda həmin hörmət hələ də
var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının
işi deyil məni yola versin. O, ailə quranda anam dedi ki, arvad olmaq
istəyirsənsə, onunla ayaqlaş. Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona
təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi,
məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam. Vaxt var
idi onları mənə görə tanıyırdılar. Amma indi deyirlər, Elçinin atasıdır”.

Manaf Ağayev: “Tək arzum dünyadan həyat yoldaşımla
birlikdə köçməkdir”
Manaf Ağayev: “Tək arzum dünyadan həyat yoldaşımla birlikdə köçməkdir”

Source link