efc00b4d-7fca-47bf-b98e-a88a563659f0..jpg

Manat ucuzlaşacaq? – PROQNOZ + VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Manat ucuzlaşacaq? – PROQNOZ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch Solutions” 2027-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin 1
manat 75 qəpik, 2028-ci ildən isə 1 manat 80 qəpik səviyyəsinə enəcəyini
bildirib.

Proqnoza görə, məzənnə 2033-cü ilə qədər 1 manat 80 qəpik səviyyəsində qalacaq.

Bəs bu göstəricilər nə qədər realdır? Manat yaxın illərdə ucuzlaşa bilərmi?

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, “Fitch Solutions”ın verdiyi proqnozlar
reallıqdan uzaqdır:

“Çünki hazırda Azərbaycan tərəfi ciddi şəkildə manatın məzənnə stabilliyinin
qorunub saxlanılmasına çalışır. Bunun da əsas səbəbi makroiqtisadi tarazlığın
qorunmasıdır. Qarşıdakı dönəmdə isə manatın məzənnəsində dəyişikliyin olması
üçün qlobal və yerli iqtisadiyyatda ciddi, fərqli situasiyanın yaranmasına
ehtiyac var. Yəni neftin qiyməti kəskin aşağı düşərsə, o zaman manatın
məzənnəsində hər hansı dəyişiklik ola bilər”.

Ekspertlər hesab edirlər ki, manatın ucuzlaşması baş verərsə, bu 1 manat 75
qəpik-1 manat 80 qəpik deyil, daha yüksək səviyyədə ola bilər.

Ətraflı Baku TV-nin süjetində:


Source link