193a11a9-5844-4186-b71e-6e911164f00e..jpg

Manatın dəyəri dəyişəcək? – Sabiq nazirdən AÇIQLAMA

Baxış sayı: 655 dəfə baxılıb.

Manatın dəyəri dəyişəcək? – Sabiq nazirdən AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ilin sonuna qədər Azərbaycanın idxal potensialının ən azı 19 milyard
dollara çatacağı gözlənilir. Bunu da aylara bölsək, təxminən 1.5 milyard dollar
edir. Valyuta ehtiyatlarımız 70 milyard dollar, bizə lazım olan hissə isə
doqquz milyard dollar həcmindədir”.

Bu sözləri Bizim.Media-ya açıqlayan keçmiş maliyyə naziri, iqtisad elmləri
namizədi Saleh Məmmədovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun
normativində də təxminən səkkiz-doqquz milyard dollar göstərilir:

“Əgər 19 milyard dollar idxala bəs edirsə və xarici borclarımız ödənilirsə,
manatın dəyəri heç bir halda aşağı düşə bilməz. Ən azı dörd il müddətində heç
nə ixrac etməsək və heç nə qazanmasaq belə, manatın dəyəri olduğu kimi qalacaq
və əlavə ehtiyatlar hesabına bu dövrdə ölkə yaşayacaq”.

Manatın ucuzlaşması iddiaları haradan qaynaqlanır?

Onun dediyinə görə, son vaxtlar cəmiyyətdə valyuta ehtiyatlarının və dolların
azalacağı ilə bağlı ciddi təşviş yaranıb:

“Bu da insanlarda qorxu və narahatlığa səbəb olub. Belə olan halda da hamı
banklardan əmanətlərini çıxarmağa, manatı dollarla əvəz etməyə və digər
addımları atmağa çalışır”.

2008-ci ildə isə hökumətin və Mərkəzi Bank düzgün islahat apardığını
xatırladan sabiq nazir vurğulayıb ki, bununla da bütün şayiələri aradan
qaldırdı:

“Keçmiş SSRİ dövlətləri arasında 2008-ci il böhranında ən yaxşı halda çıxan
ölkə Azərbaycan oldu və faktiki olaraq, heç bir zərərə məruz qalmadı. Qiymətlər
elə də yüksək səviyyəyə qalxmadı, valyuta ehtiyatları öz səviyyəsində qaldı və
iqtisadi artım tempi aşağı düşmədi”.

Manat dəyərdən düşə bilməz?

Sabiq nazir hazırkı məqamda manatın dəyərdən düşməsi ehtimalının olmadığını
diqqətə çatdırıb:

“Bu gün tədiyyə balası yüksək olan bir ölkənin milli valyutasının dəyərinin
aşağı düşməsi elə də ciddi problem deyil. Amma qalxması problemə səbəb olacaq
və iqtisadi aktivliyə mənfi təsir edəcək.

Məsələn, Yaponiya ixracat saldosu idxala nisbətə yüksək olduğuna görə tez-tez
problemlə üz-üzə qalır. Yapon yeninin kursunun mütəmadi qalxması ilə əlaqədar
neçə hökumət istefa verdi ki, bu da ixrac potensialına mənfi təsir edir. Artıq
Azərbaycanda da eyni vəziyyət yaradılıb”.

Ekspert valyuta ehtiyatlarımızın artmasından da söz açıb:

“2022-ci ildə həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın vasitəsilə
Azərbaycanın ehtiyat fonduna təxminən 12 milyard dollardan çox vəsait əlavə
olundu. 2023-cü ildə bu vəsait yeddi milyard dollardan çox oldu. Hazırda isə
ölkəmizin 60 milyard dollardan çox ekstra ehtiyatları var.

AMB-nin ehtiyatları 12 milyard dollar ARDNF-da isə bu 58 milyard dollar
həcmindədir. Təkcə Mərkəzi Bankın ehtiyatları milli valyutanın dəyərinin
saxlanması üçün bəs edir”.

Source link