4d4bb93e-51f9-40b5-a6b5-eafe52d686e7.jpg

Manatın real effektiv məzənnəsi azalıb

Baxış sayı: 154 dəfə baxılıb.

Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal
effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu
isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik
müqayisədə isə 5,1 bənd azdır.

Source link