“Mançester Siti” “Arsenal” ilə qolsuz sülhə razılaşdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərə Premyer Liqasının 30-cu turunun “Mançester Siti” – “Arsenal” oyunu
keçirilib. Oyunu mançesterli Entoni Teylorun rəhbərlik etdiyi hakimlər
briqadası idarə edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 29
oyundan 64 xalla üçüncü yerdədir. “Arsenal” eyni sayda görüşdən sonra 65 xal
toplayıb və ikincidir. Qeyd edək ki, turun sonunda turnir cədvəlinə “Liverpul”
(67 xal) başçılıq edir.