71f9c4ad-d8dd-4bcf-9156-6f4492f38d70..jpg

“Mançester Siti” klublarası dünya çempionatının qalibi oldu – VİDEO

Baxış sayı: 377 dəfə baxılıb.

“Mançester Siti” klublarası dünya çempionatının qalibi oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə komandası “Mançester Siti” klublarası dünya çempionatının qalibi
olub.

Cixisyolu.com-ın məlumatına görə, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu
“Fluminense”ni məğlub edib.

“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız
qolla qələbə qazanıb. Birinci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci
dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə
Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu
rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si
isə turnirdə üçüncü yeri tutub.

Source link