İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında tarixi rekorda
imza atıb.
Cixisyolu.com xəbər verir ki, Xosep Qvardiolanın başçılıq etdiyi komanda Liqa
mərhələsinin III turunda Çexiyanın “Sparta” (Praqa) kollektivinə qalib gələrək
(5:0) qitənin bir nömrəli klub turnirində ardıcıl 26 qarşılaşmada (yalnız 90
dəqiqə nəzərə alınmaqla) məğlub olmayıb.
Keçmiş rekordçu isə İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” idi.
“Mankuniyanlar” Aleks Ferqyusonun baş məşqçi olduğu vaxtda ardıcıl 25 matçda
məğlub olmamışdılar.