05934452-89da-417a-86be-956e37a0fadd.webp

“Mançester Siti” Qvardiola üçün əvəzedici axtarır?

Baxış sayı: 28 dəfə baxılıb.

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi, müqaviləsi 2025-ci ilin
yayında başa çatacaq Pep Qvardiola əmindir ki, klub ona əvəzedici axtarır.

Cixisyolu.com xəbər verir ki, bu barədə euro-football.ru məlumat verib.

“Klub qərarımı nə vaxt verəcəyimi məndən soruşmayıb. Amma demək olar tam
əminəm ki, “Mançester Siti” mənim gedəcəyim təqdirdə mənim üçün əvəzedici
axtarır. Gec-tez bu baş verəcək. Klub hazır olmalıdır”, – P.Qvardiola bildirib.

Xatırladaq ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. O,
əvvəllər “Barselona” (2008-2012) və “Bavariya”da (2012-2016) çalışıb.

Source link