34f041c0-c69f-4917-850e-610a1590a219..jpg

“Mançester Siti” “Tottenhem”ə məğlub oldu – VİDEO

Baxış sayı: 887 dəfə baxılıb.

“Mançester Siti” “Tottenhem”ə məğlub oldu – VİDEO

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, “Mançester Siti” səfərdə “Tottenhem”lə qarşılaşıb. Oyun
meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem”in
qalibiyyət qolunu 15-ci dəqiqədə Harri Keyn vurub.

87-ci dəqiqədə London təmsilçisinin futbolçularından Kristian Romero qırmızı
vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda turnir cədvəlində 45 xalla 2-ci,
“Tottenhem” isə 39 xalla 5-cidir.

Beləliklə, ötən gün “Arsenal”ın da “Everton”a (0:1) uduzduğu turda
“şəhərlilər” liderə yaxınlaşmaq fürsətini boşa verib.


Source link