a94ef581-917b-496b-ade5-9d70cca12945..jpg

“Mançester Siti”dən səfərdə çətin qələbə – VİDEO

Baxış sayı: 466 dəfə baxılıb.

“Mançester Siti”dən səfərdə çətin qələbə – VİDEO

Son çempion “Mançester Siti” İngiltərə Premyer Liqasının III turunu qələbə ilə
başa vurub.

Cixisyolu.com xəbər verir ki, “şəhərlilər” “Şeffild Yunayted”lə səfər oyununda
çətinliklə qalib gəliblər – 2:1.

Erlinq Holand 37-ci dəqiqədə penaltidən yararlanmağı bacarmasa da, 63-cü
dəqiqədə qonaqları hesabda önə keçirə bilib. 85-ci dəqiqədə Ceydon Boql hesabda
tarazlıq yaradıb. Üç dəqiqə sonra Rodri “Mançester Siti”nin qələbə qolunu vurub.

Üç oyunda maksimum nəticə – doqquz xal əldə edən Pep Qvardiolanın komandası
vahid liderdir. “Şeffild Yunayted” xal qazana bilməyib.


Source link