d9eb6f88-0a3a-4438-afd3-2be8a05d3fa4..jpg

“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar – FOTO

Baxış sayı: 439 dəfə baxılıb.

“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri öz şəklini bədəninə
döydürən Antonini ələ salıblar.

Məlumata görə, braziliyalı hücumçu yeni tatusunu “Instagram” profilində
paylaşdıqdan sonra tənqidlərə məruz qalıb.

Onun paylaşımına: “Yalnız axmaq insan bunu edə bilər. Başqaları tərəfindən
sevilmədiyini anladığına çox sevindik. Bu qədər özünübəyənmişlik, sadəcə, sənə
yaraşar”, – kimi şərhlər yazılıb.

Qeyd edək ki, Antoni “Ayaks” (Niderland) klubundan 2022-ci ildə transfer
olunub.

Mənbə: Dailymail.co.uk

Source link