“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçi Erik ten Haq barədə
tənqidi xəbərlərə görə bəzi jurnalistləri mətbuat konfransına buraxmayıb.
İngiltərə mətbuatında yer alan xəbərə görə, sabah oynanılacaq “Çelsi” ilə
matçdan əvvəl hollandiyalı məşqçinin keçirdiyi mətbuat konfransına “Sky
Sports”, “Daily Mirror”, ESPN və MEN müxbirləri girə bilməyiblər.
“Mançester Yunayted” klubu təsdiq edib ki, bəzi xəbər təşkilatlarına qarşı
tədbir görülüb. Lakin bu addım xoşagəlməz xəbərlər hazırladıqları üçün deyil,
xəbərlə bağlı şərh vermək və ya etiraz etmək imkanı üçün klubla əlaqə
saxlamadıqlarına görə atılıb.
“Bunun əhəmiyyətli bir prinsip olduğuna inanırıq və bu prinsipin müdafiəsi də
olduqca zəruridir. Ümid edirik ki, bu, bizim birlikdə işləməyimizin yenidən
nizamlanmasına gətirib çıxaracaq”, – deyə klubun verdiyi açıqlamada qeyd edilib.
Mənbə: Haber Global