“Mançester Yunayted” Erik ten Haqın komandadan ayrılacağı ilə bağlı çıxan
xəbərləri yalanlayıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi
“Instagram” hesabında paylaşım edib.
O, bildirib ki, təcrübəli çalışdırıcı ən azı mövsümün sonunadək “Mançester
Yunayted”də qalacaq.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən “Mançester Yunayted” klubunu
çalışdırır.