“Mançester Yunayted” oyunçusunu satmağa hazırdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mançester Yunayted” bu yay 26 yaşlı cinah oyunçusu Markus Raşford üçün
təklifləri yalnız potensial alıcı üçün 70 milyon avro qarşılığında nəzərdən
keçirəcək.
Qeyd olunub ki, “qırmızı şeytanlar” hücumçu üçün qiymət müəyyən etsələr də,
onunla ayrılmaq istəmirlər və çətin ki, hansısa klubun Raşford üçün qeyd olunan
məbləği təklif edəcəyinə inanırlar.
Vurğulanıb ki, “Mançester Yunayted” ingilis futbolçunu transfer etmək üçün
yalnız PSJ-nin maliyyə imkanlarına malik olduğuna inansa da, Paris klubu
Raşfordu almaq fikrindən əl çəkib.
Mənbə: ESPN