6de8f244-8281-4f06-ad6a-baecc0176646..jpg

“Mançester Yunayted” “Real Madrid”in ulduzunu transfer edə bilər

Baxış sayı: 586 dəfə baxılıb.

“Mançester Yunayted” “Real Madrid”in ulduzunu transfer edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubu “Real Madrid”in vingeri Vinisius
Juniorla maraqlanır.

Məlumata görə, futbolçuya “Mançester Siti” və PSJ də iddialıdır.

Qeyd edilir ki, “Real Madrid” yayda Kilian Mbappeni transfer etməyə diqqət
yetirdiyi üçün Vinisiusu buraxa bilər. La Liqa nəhənginin həm Vinisius, həm də
Mbappe ilə birgə oynamaq planları yoxdur, çünki onlar meydanda eyni
mövqedədirlər.

Xatırladaq ki, bu mövsüm Vinisius Junior karal klubunun heyətində 15 oyun
keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə verib. Braziliyalının Madrid
komandası ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri
150 milyon avrodur.

Mənbə: championat.com

Source link