“Mançester Yunayted” son 28 il ərzindəki ən pis nəticəsini təkrarladı

Baxış sayı: 4. 515 dəfə baxılıb.

“Mançester Yunayted” son 28 il ərzindəki ən pis nəticəsini təkrarladı

“Mançester Yunayted” futbol üzrə İngiltərə çempionatı matçlarında toplanılan xallara görə son 28 il ərzindəki ən pis nəticəsini təkrarlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Liverpul”a məğlub olduqdan sonra baş verib.

17 oyundan sonra “Mançester Yunayted” cəmi 26 xal toplayıb ki, bu komandanın altıncı yer tutduğu 1990-1991-ci il mövsümündən sonra göstərdiyi ən pis nəticədir.

Hazırda “qırmızı şeytanlar” bu mövsümdə 17 turdan sonra altıncı yerdə qərarlaşıblar və lider “Liverpul”dan 19 xal geridə qalırlar.

“Liverpul” isə İngiltərə Premyer Liqasında məğlubiyyətsizlik seriyasını yeniləyib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!