0a22647e-e4f4-4a8b-b9c6-e118ea1a2941..jpg

“Mançester Yunayted”də “Ronaldu qaydası” tətbiq edildi

Baxış sayı: 918 dəfə baxılıb.

“Mançester Yunayted”də “Ronaldu qaydası” tətbiq edildi

“Mançester Yunayted” Kriştianu Ronaldunun gedişindən sonra məvaciblərə
məhdudiyyətlər tətbiq edib.

Məlumata görə, bu yeniliyə artıq “Ronaldu qaydası” adı verilib.

Kriştianunun “Mançester Yunayted”dəki məvacibi digər oyunçularla müqayisədə
xeyli yüksək idi. İndi “Yunayted”də bir oyunçu üçün mümkün olan maksimum
həftəlik maaş limiti 200 min funt-sterlinq müəyyənləşdirilib.

Klubun rəhbərliyi və məşqçilər heyəti bu addımı oyunçular arasındakı mümkün
paxıllıq hallarını aradan qaldırmaq üçün atıblar.

Yeni qayda David De Xeyaya birbaşa təsir edəcək. Qapıçı 2023-cü ilin yayına
qədər olan müqavilə ilə həftədə 375 min funt sterlinq alır. “Mançester
Yunayted”də qalmaq üçün o, maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə
razılaşmalı olacaq. Belə halda onun qazancı Bruno Fernandeslə bərabərləşəcək.
İspaniyalı razı olmasa, klubu tərk etməli olacaq.

Hazırda “Yunayted”in mühüm oyunçuları Rafael Varan, Harri Maquayer, Kazemiro
və Fernandes təxminən bərabər maaş alırlar (həftədə 180 – 200 min funt sterlinq
arasında). Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maaşlar azalacaq.
Müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan Lyuk Şouya da analoji
məvacib təklif olunacaq.

“Mançester Yunayted”in ideyası daha çox oyunçunun təxminən eyni maaşa sahib
olmasıdır. Klub artıq ayrı-ayrı super ulduzların məvacibinə həftədə 500 min
funt-sterlinq xərcləmək istəmir.

Mənbə: sports.ru

Source link