e552b143-d447-456a-82d0-87a3f48af998..jpg

“Mançester Yunayted”dən qələbə, “Mançester Siti” çempionluq yolunda büdrədi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 715 dəfə baxılıb.

“Mançester Yunayted”dən qələbə, “Mançester Siti” çempionluq yolunda büdrədi –
YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının XVIII turunda daha 4 qarşılaşma keçirilib.

Cixisyolu.com xəbər verir ki, “Bornmut”a qonaq olan “Kristal Pelas” 2:0 hesablı
qələbə qazanıb.

“Fulhem” öz meydanında “Sauthempton”a qalib gəlib – 2:1.

“Nyukasl” isə “Lids”lə qolsuz bərabərliyə razılaşıb – 0:0.

Günün əsas hadisəsi isə Mançesterdə baş verib. “Mançester Siti” “Everton”u
qonaq etdiyi matçda 1 xala qane olub. Hərəyə bir dəfə fərqlənən tərəflər
yekunda sülhə “imza atıblar”.

Bu nəticə ilə “Arsenal”la girdiyi amansız çempionluq yarışında ciddi zərbə
alan “şəhərlilər” “topçular”dan 4 xal geri düşüb. Hazırda “Arsenal”ın 15
oyundan sonra 40, “Mançester Siti”nin isə 16 oyundan 36 xalı var.

Londonluların ehtiyatda bir oyununu olduğunu nəzərə alsaq, fərqin böyüyəcəyi
istisna deyil.

19:04

İngiltərə Premyer Liqasının (İPL) XVIII turunda daha bir oyun keçirilib.

Cixisyolu.com xəbər verir ki, mövsümün qeyri-stabil çıxış edən komandalarından biri
olan “Mançester Yunayted” ausayderlər cərgəsində qərarlaşmış “Vulverhempton”un
qonağı olub.

Görüş “qırmızı şeytan”ların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu qarşılaşmanın 76-cı dəqiqəsində Markus Reşford vurub. İngilis
hücumçunun 84-cü dəqiqədə rəqib qapısından keçirdiyi daha bir top isə əllə oyun
səbəbindən hesaba alınmayıb.

Bu qələbə ilə xallarının sayını 32-ə yüksəldən “manukunian”lar 4-cü pillədə
qərarlaşıb. “Vulverhempton” isə 13 xalla 18-ci yerdə qalıb.


Source link