c58bd640-e289-4135-bcf4-7703f03c7f62..jpg

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Linqard “Seul”la müqavilə imzaladı – FOTO

Baxış sayı: 424 dəfə baxılıb.

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Linqard “Seul”la müqavilə
imzaladı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard Cənubi Koreyanın
“Seul” klubu ilə müqavilə imzalayıb.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio
Romano özünün “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə dünən o, transferdən əvvəl tibbi müayinədən keçib və artıq
bütün sənədlər imzalanıb.

Qeyd edək ki, Linqard ötən mövsüm “Nottingem Forest”də çıxış edib. 2022/2023
mövsümündə yarımmüdafiəçi 20 oyun keçirib, iki qol vurub və iki məhsuldar
ötürmə edib. Bundan sonra o, azad agent kimi komandadan ayrılıb.

2022/2023 mövsümündə “Seul” Cənubi Koreya çempionatında 47 xalla yeddinci yeri
tutub və pley-offa vəsiqə qazana bilməyib.

Source link