7a7ec301-c7a1-4702-b6aa-11ec6b51027f..jpg

“Mançester Yunayted”in yarımmüdafiəçisi karyerasını Türkiyədə davam etdirə bilər

Baxış sayı: 776 dəfə baxılıb.

“Mançester Yunayted”in yarımmüdafiəçisi karyerasını Türkiyədə davam etdirə
bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Qrinvud karyerasını Türkiyədə
davam etdirə birlər.

Bu barədə “The Telegraph”ın jurnalisti Mayk Makqrat məlumat yayıb.

Onun sözlərinə görə, “Mançester Yunayted” Qrinvudla bağlı Türkiyə klubları və
transfer pəncərəsinin hələ də bağlanmadığı ölkə komandalarından bir neçə icarə
təklifi alıb.

Məlumata görə, “Mançester Yunayted” hələlik heç kimlə razılaşmağa cəhd etməyib
və əvvəlcə daxili təhqiqatı başa çatdırmaq niyyətindədir. Yalnız bundan sonra
əvvəllər zorakılıqda ittiham olunan futbolçunun taleyi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Qrinvud sonuncu dəfə 22 yanvar 2022-ci ildə “qırmızı
şeytanlar”ın heyətində oyuna çıxıb.

Xatırladaq ki, o, bir müddət əvvəl cinsi zorakılıqda ittiham olunsa da, bəraət
alıb.

Mənbə: sports.ru

Source link