efe21acf-ce8a-4cb6-a50c-986f3127e8c6..jpg

Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 685 dəfə baxılıb.

Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb – YENİLƏNİB + FOTO

Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.

Bu barədə Cixisyolu.com-a onun bacısı Səbinə Əliyeva məlumat verib.

“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün
əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı
tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən
artıq biz onun sağ salamat olduğunu və yerini bildik”, – deyə o qeyd edib.

09:40

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Facebook” qruplarından birində ailənin
istəyi üzrə məlumat paylaşılıb.

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib:

“Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini
paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”.

Sayad Həsənli

Source link