“Zenit” klubunun keçmiş çalışdırıcısı Roberto Mançini İtaliya milli yığmasının baş məşqçisi olub.
ÇıxışYolu.Com “Sovetskiy sport”a istinadən xəbər verir ki, Mançini bununla bağlı İtaliyanın ali futbol qurumu ilə müqavilə bağlayıb.
Mayın 15-də keçiriləcək mətbuat-konfransında Mançini rəsmi olaraq İtaliya yığmasının baş məşqçisi olaraq ictimaiyyətə təqdim olunacaq.