Maradona əməliyyat olunacaq

Maradona əməliyyat olunacaq

Baxış sayı: 2. 450 dəfə baxılıb.

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona Kolumbiyada sol dizindən əməliyyat olunacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “El Colombiano” məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyat Kali şəhərinin klinikalarının birində onu əvvəllər müalicə etmiş həkim tərəfindən aparılacaq.

“Dieqo tibbi müayinədən keçmək üçün Kaliyə gəlib. Rusiyaya gedib, dünya çempionatı ərzində şərhçi kimi işləyə bilməsi üçün onun dizini sağaltmağa çalışacağıq”, -deyə cərrah bildirib.

.
www.ÇıxışYolu.Com