Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dyeqo Maradona Belarusun “Dinamo-Brest” klubunun idarə heyətinə sədr seçilib.
ÇıxışYolu.Com xəbər verir ki, əfsanəvi hücumçu Brest klubu ilə üç illik müqaviləyə imza atıb.
O, “Dinamo-Brest”in strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyada futbol üzrə dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.
Onun və klub rəhbərliyinin iştirakilə yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, “Dinamo-Brest” Belarus çempionatında yeddi turdan sonra doqquz xalla VIII pillədə qərarlaşıb. Dyeqo Maradona isə mundiala Venesuelanın dövlət telekanalının futbol eksperti kimi qatılacaq. Onun baş məşqçi kimi son iş yeri BƏƏ-nin “Əl-Fuceyrə” klubu olub.
S.T.
www.ÇıxışYolu.Com