Marafonçu Londonda 25 şərabın dadına baxıb, 13 000 funt-sterlinq qazanıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tom Gilbi adlı şərabçı London Marafonu zamanı şərabların dadına baxaraq
xeyriyyə məqsədi ilə 13 000 funt-sterlinqdən (təxminən 27 500 AZN – red.) çox
pul toplayıb.
Tom Gilbi məşhur marafonda 2000 funt-sterlinq toplamaq üçün qaçmağa qərar
verir. O, hər keçdiyi milin sonunda müxtəlif şərablardan dadıb və şərabın
hazırlandığı üzümün çeşidini, ölkəsini təxmin edib. O, ümumilikdə 25 şərabın
dadına baxaraq bütün məsafəni 4 saat 41 dəqiqəyə qət etməklə finişə çatıb.
Gilbi qeyd edib ki, o, şərabı kiçik qurtumlarla içməklə və daddıqdan sonra
tüpürməklə sərxoşluqdan xilas ola bilib. O, yarışı başa vurduqdan sonra bir
qədəh şampan da içib və uğurunu təkrarlamağa cəhd göstərməyəcəyini qeyd edib.
Mənbə: Gazeta.ru